Yunanıstan adalarını satışa çıxarır

Yunanıstan adalarını satışa çıxarır
# 29 iyun 2010 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yunanıstanda iqtisadi böhranın dərinləşməsi səbəbindən ölkə hökuməti ölkəyə məxsus bəzi adaları satmaq və ya icarəyə vermək qərarına gəlib.

«APA-Economics»in Böyük Britaniyanın «The Guardian» qəzetinə istinadən verdiyi məlumata görə, Yunanıstan hökumətinin fikrincə, bu qərar ölkəyə investisiya cəlb edilməsinə və yeni iş yerlərinin açılmasına səbəb ola bilər. Artıq ölkənin ən tanınmış adalarından biri olan Mikonos adası satışa çıxarılıb. Sözügedən adanın 1/3 hissəsi dövlətə məxsusdur və ölkə hökuməti xarici investorların burada turizm komlpeksinin inkişaf etdirilməsinə yardım göstərəcəyinə ümid edir.

Bununla yanaşı, Yunanıstan Rodos adasının sahillərini və yaşayış olmayan adaları da satmaq niyyətindədir.

Qeyd edək ki, hələ cari ilin mart ayında alman siyasətçiləri büdcə kəsirini azaltmaq üçün Yunanıstan hökumətinə lazım olmayan aktivlərini, o cümlədən bəzi adaları, dövlət şirkətlərini və daşınmaz əmlakı satmağı təklif edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR