Alp dağlarında yeni kurort yaradılır

Alp dağlarında yeni kurort yaradılır
# 02 sentyabr 2010 08:29 (UTC +04:00)
Bakı - APA-Economics. Misirli milyarder Samih Saviris Alp dağlarında dağ-xizək kurortunun inşasına 1,5 mlrd. dollar sərmayə qoyacaq.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, kurort İsveçrənin Andermatt şəhərində tikiləcək.

Misirli iş adamı 2007-ci ildə Andermattda torpaq sahəsi alıb. Onun sözlərinə görə, layihə 2000 yeni iş yerinin açılmasına səbəb olacaq və ətraf mühitə zərər vurmayacaq.

200 futbol meydançasına bərabər olan kurort ərazisində müasir dağ-xizək yolları, altı lüks hotel, idman mərkəzi, qolf meydançası, 490 apartament olacaq. İlk apartamentləri 2013-cü ilin sonu - 2014-cü ilin əvvəlində istifadəyə vermək planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR