Amerikalı səyyah: Azad edilmiş ərazilərdə tərəqqinin şahidi oluruq

Amerikalı səyyah: Azad edilmiş ərazilərdə tərəqqinin şahidi oluruq
# 08 sentyabr 2022 12:36 (UTC +04:00)

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə hər səfərimiz zamanı tərəqqinin şahidi oluruq.

Bunu ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veley APA-ya açıqlamasında deyib.

O, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinin cəlbedici nəticələrinin olduğunu vurğulayıb.

“Qarabağa son 12 ay ərzində 3 dəfə səfər etmişəm. Biz həqiqətən də, burada hər dəfə tərəqqinin şahidi oluruq. 30 illik işğal nəticəsində dağıntılar var idi və indi azərbaycanlılar yeni yerlər inşa edirdilər. Hər dəfə səfərim zamanı yeniliklərlə qarşılaşmışam. Məsələn, budəfəki səfərimizdə artıq biz Şuşada hotelin inşasının başa çatdığını gördük. O, çox cəlbedicidir. Həmçinin Şuşaya uzanan “Zəfər yolu” var, indi onunla yanaşı ,daha sürətli yol, yeni körpülər inşa edilir. Azərbaycanın bərpa işləri çox müsbət istiqamətdə irəliləyir”, - səyyah vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR