Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib
# 09 sentyabr 2022 07:47 (UTC +04:00)

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.

APA xəbər veirir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

“Singapore Airlines” aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

“Boeing B777” təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib.

Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR