Parlamentdə turizmlə bağlı müzakirələrin keçirilməsi təklif olunub

Parlamentdə turizmlə bağlı müzakirələrin keçirilməsi təklif olunub
# 23 yanvar 2023 11:14 (UTC +04:00)

“Yaz sessiyasında “Turizm haqqında” qanunun icrası ilə bağlı Dövlət Turizm Agentliyinin rəhbərliyi, turizm sektorunun nümayəndələrinin iştirakı ilə bir müzakirələr keçirilməsi yaxşı olar”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Musa Quliyev bildirib.

Musa Quliyev deyib ki, müzakirələrin nəticəsində lazım olarsa, qanuna əlavə və dəyişikliklərlə bağlı da təkliflər verilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR