Rezort hotellərə ulduz kateqoriyası minimum 3-dən başlayaraq müəyyən edilir

Rezort hotellərə ulduz kateqoriyası minimum 3-dən başlayaraq müəyyən edilir
# 25 may 2023 10:25 (UTC +04:00)

Rezort mehmanxana olaraq fəaliyyət göstərən mehmanxanalara ulduz kateqoriyası minimum 3 ulduz dərəcəsindən başlayaraq müəyyən edilir.

APA xəbər verir ki, bu, Dövlət Turizm Agentliyinin Kollegiyasınıln təsdiqlədiyi “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”nda öz əksini tapıb.

Qeyd olunub ki, müvafiq ulduz dərəcəsinin təyin edilməsi üçün mehmanxana həmin ulduz dərəcəsi üzrə minimal bal toplamalı və məcburi meyarlar üzrə bütün tələblərə uyğun olmalıdır.

Daha yüksək ulduz dərəcəsinin minimal bal miqdarını toplayan, lakin həmin ulduz dərəcəsinin təyin edilməsi üçün məcburi meyarlara uyğun olmayan mehmanxanaya əlavə olaraq üstünlük (superior) dərəcəsi təyin edilir.

Ulduz dərəcəsi və superior dərəcəsinin təyin edilməsi üçün bal tələbi aşağıdakı cədvəldə göstərilib:

Ulduz

dərəcəsinin

işarəsi

Məcburi

meyarların

(M) sayı

Minimal

bal tələbi

Superior

dərəcəsi üzrə

bal tələbi

1*

51

95

180

2*

58

180

270

3*

80

270

410

4*

97

410

610

5*

118

610

710

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR