Soçidə kurort rüsumunun məbləği beş dəfə artırılıb

Soçidə kurort rüsumunun məbləği beş dəfə artırılıb
# 23 dekabr 2021 11:22 (UTC +04:00)

Krasnodar diyarının deputatları regional qanuna Soçidə gündəlik kurort rüsumunun məbləğinin 10 rubldan (0,14 ABŞ dolları) 50 rubladək (0,68 dollar) artırılmasını nəzərdə tutan düzəlişləri qəbul ediblər.

Bu barədə "APA-Economics" "Interfax"a istinadən yazır.

"Rusiyanın əsas kurortunda sözügedən rüsumun məbləğinin artırılması Krasnodar diyarında kurort infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması, saxlanılması, təkmilləşdirilməsi və təmiri işlərinin maliyyələşdirilməsinə yönəldilmiş regional büdcəyə daxilolmaların artırılması zərurəti ilə əlaqədardır", - Soçi administrasiyasının mətbuat xidmətində bildirilib.

Qanun layihəsinə əsasən, 2022-ci ildə Soçi şəhərində kurort rüsumunun məbləğinin 50 rubladək, eksperiment zonasına daxil olan qalan ərazilərdə isə 30 rubladək (0,41 dollar) artırılması planlaşdırılır.

"Məbləğdəki fərq Soçi kurortunun ən çox otaq sayına və ərazinin uzunluğuna malik olması ilə bağlıdır. Krasnodar diyarının kurortlarına turist axınının təxminən 40%-i Soçinin payına düşür", - mətbuat xidmətindən bildirilib.

"Kurort rüsumunun məbləğinin artırılması irimiqyaslı layihələrin həyata keçirilməsinə imkan verəcək və istirahət üçün yüksək keyfiyyətli şərait yaradacaq", - məlumatda deyilir.

Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR