Azərbaycan Gürcüstan vətəndaşlarının ən çox səfər etdiyi ikinci ölkə olub

Azərbaycan Gürcüstan vətəndaşlarının ən çox səfər etdiyi ikinci ölkə olub
# 24 fevral 2020 11:15 (UTC +04:00)

2019-cu ilin IV rübündə 890,5 min Gürcüstan vətəndaşı xaricə səfər edib ki, bunun da 16,7%-i Azərbaycanın payına düşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycan Gürcüstan vətəndaşlarının ən çox səfər etdiyi ikinci ölkə olub – 111,7 min nəfər. Ötən ilin oktyabr-dekabr aylarında Gürcüstan vətəndaşları ən çox Türkiyəyə səfər ediblər – 263,2 min nəfər.

Xaricə səfər edən Gürcüstan vətəndaşlarının 45,3%-i 35-51 yaş qrupundan olub ki, onların səfərləri orta hesabla 3,8 gün çəkib. Bütün ziyarətlərin 95,5%-i təkrarlanan olub. Gürcüstan vətəndaşlarının ümumi səfər xərcləri 505,4 mln. lari (179 mln. ABŞ dolları), adambaşına düşən xərc isə 804 lari (285 dollar) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR