Azərbaycan Turizm Bürosu: Kənd turizminin inkişafı üçün bir neçə istiqamət nəzərdə tutulur

Azərbaycan Turizm Bürosu: Kənd turizminin inkişafı üçün bir neçə istiqamət nəzərdə tutulur
  • Clock-gray 14:58
  • calendar-gray 29 Noyabr 2019

"Kənd evləri turizminin inkişafı imkanlarının artırılması nəzərdə tutulur".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib. Onun sözlərinə görə, bu sahədə çalışan insanların sayı mütləq şəkildə artırılmalı və onlar təlimə cəlb edilməlidir: "Kənd turizminin inkişafı üçün bir neçə istiqamət nəzərdə tutulur. Bunlardan biri münasib kənd evlərinin siyahıya alınması və onların icma şəklində formalaşdırılmasıdır. Digər istiqamət müəyyən islahatlar tətbiq etməklə ev sahiblərini fəaliyyətə cəlb etməkdən ibarətdir".

İcraçı direktor bildirib ki, əsas məqsədlərdən biri büdcəsi daha münasib olan hotellərin ölkə vətəndaşlarına əlçatanlığını təmin etməkdir: "Müşahidələr göstərir ki, ölkəyə gələn turistlər 4 və 5 ulduzlu hotellərdə qalırlar. Amma Dövlət Turizm Agentliyinin aşağı büdcəli hotellərdə qalmaq istəyən turistlər üçün də müəyyənləşdirilmiş xüsusi dəstək çərçivəsində münasib hotellərin tikilməsi ilə bağlı təklifləri var. Kənd yerlərində yaşayanlar öz evlərini bu şəbəkəyə əlavə etməklə və münasib təlim keçməklə belə bir platforma yarada bilərlər. Təəssüf ki, onların nə belə bir şəbəkəyə qoşulma imkanları mövcuddur, nə də belə platformalar əlverişli şəkildə yerli və xarici turistlərə təqdim edilir. Dövlət Turizm Agentliyi ilə birlikdə münasib mülkiyyət tipli ev təsərrüfatlarının şəbəkəyə qoşulması, xarici və yerli turistlərə bu platformadan istifadə imkanlarının yaradılması müzakirə olunmaqdadır".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date