Azərbaycanda hotellərin ulduzlaşmaya görə qiymətləndirilməsi keçirilib - FOTO

Azərbaycanda hotellərin ulduzlaşmaya görə qiymətləndirilməsi keçirilib - FOTO
  • Clock-gray 12:45
  • calendar-gray 11 Mart 2021

Martın 11-də Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Hotel Ulduz Təsnifatı prosesinin keçirilməsi üçün assosiasiyaya müraciət edən hotellərdə qiymətləndirmə keçirilib.

APA-nın məlumatına görə, bu məqsədlə paytaxtın bir neçə hotelinə media-tur təşkil edilib. Media-tur zamanı qurumların əməkdaşları tərəfindən Milli Hotel Ulduz Təsnifatı üçün müraciət etmiş hotellərin ulduzlaşmaya görə təyin edilən standartlara uyğunluğu yoxlanılıb və hotellərə baxış keçirilib.

Media-tur çərçivəsində jurnalistlər üçün mətbuat konfransı təşkil edilib.

Günay Elşadqızı

Digər xəbərlər