Türkiyəyə oktyabrda turistlərin ən çox hansı ölkələrdən gəldiyi açıqlanıb

Türkiyəyə oktyabrda turistlərin ən çox hansı ölkələrdən gəldiyi açıqlanıb
  • Clock-gray 14:44
  • calendar-gray 23 Noyabr 2020

Oktyabr ayında Türkiyəni ən çox hansı ölkələrin turistlərinin ziyarət etdiyi açıqlanıb.

"APA-Economics" Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, ötən Türkiyəni ən çox Rusiyadan olan turistlər ziyarət edib – təxminən 490 min nəfər (illik müqayisədə azalma 38,1% olub). Rusiyalılardan sonra Türkiyəni oktyabrda ən çox Bolqarıstan (233 min), Ukrayna (155 min) və Almaniya (125 min) vətəndaşları ziyarət edib.

Rusiyalılar cari ilin yanvar-oktyabr ayları ərzində də Türkiyəni ən çox ziyarət edən turistlər arasında lider olub. On ayda Türkiyəyə 1,9 mln. rusiyalı turist gəlib ki, bu da illik ifadədə 3,5 dəfə azdır. Ümumiyyətlə, hesabat dövründə Türkiyəni 11,2 mln. turist ziyarət edib ki, bu da ötən ilin analoji dövrü (40,7 mln. nəfər) ilə müqayisədə 3,6 dəfə azdır.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu il ölkəyə 15 mln. xarici turistin gələcəyini və turizm sektorundan gələn gəlirlərin 11 mlrd. ABŞ dolları olacağını gözləyirlər.

2019-cu ildə 45,058 mln. xarici turist Türkiyəni ziyarət edib ki, bu da 2018-ci illə müqayisədə 14,11% çoxdur.

APA-Economics

Digər xəbərlər