Azərbaycan Turizm Bürosu ilin sonunadək Rusiyadan Azərbaycana turist axınının artacağını gözləyir

Azərbaycan Turizm Bürosu ilin sonunadək Rusiyadan Azərbaycana turist axınının artacağını gözləyir
# 27 iyun 2019 12:57 (UTC +04:00)

Bu ilin sonunadək Azərbaycana Rusiyadan turist axınının artacağı gözlənilir.

"APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid son zaman Rusiya ilə Gürcüstan arasında yaşanan problemləri şərh edərək deyib.

Onun sözlərinə görə, hər hansı rusiyalı vətəndaş Gürcüstanda istirahətini planlaşdırıbsa, bu o demək deyil ki, o, mütləq Azərbaycana gələcək.

"Bildiyiniz kimi, turizm sahəsində rəqabət beynəlxalq xarakter daşıyır. Turistlər həmçinin Türkiyəni və regionda olan başqa ölkələri də seçə bilərlər. Bu cəhətdən biz Azərbaycanı elə təşviq etməliyik ki, Gürcüstana səfər edəcək turistlər başqa ölkəyə deyil, Azərbaycana gəlsinlər”.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru həmçinin əlavə edib ki, Azərbaycan turizm sahəsində daim ən perspektivli, ən böyük bazar olub və Rusiyadan gələn turistlər həmişə Azərbaycan üçün əhəmiyyətli qonaqlardan sayılıblar.

"Yaranan situasiyada Rusiyadan olan turistləri özümüzə necə cəlb edə biləcəyimizi düşünməliyik. Biz əsas turizm məhsullarımıza arxalanaraq müxtəlif təşviq kampaniyaları təşkil etməyi düşünürük. Ümidvarıq ki, bu yay və cari ilin sonunadək Rusiyadan Azərbaycana bir çox turist gələcək", - deyə F. Zenqstşmid qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR