Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakıya təcili eniş edib

Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakıya təcili eniş edib
# 09 may 2024 21:58 (UTC +04:00)

“Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

APA xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR