Gürcüstanın turizm gəlirləri açıqlanıb

Gürcüstanın turizm gəlirləri açıqlanıb
# 12 iyun 2019 11:05 (UTC +04:00)

Gürcüstanın may ayında beynəlxalq turizmdən əldə etdiyi gəlirləri 281 milyon ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, bu, ötən ilin analoji dövrü ilə müqaisədə 35 milyon ABŞ dolları və ya 14.2 faiz çoxdur.

Hesabatda bildirilib ki, cari ilin yanvar-may aylarında Gürcüstanın beynəlxalq turizmdən gəlirləri 1.1 milyard ABŞ dolları təşkil edib. Bu isə əvvəlki ilin hesabat dövründən 101 milyon ABŞ dolları çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR