Britaniya səfirliyi "Formula 1" yarışları ilə bağlı Azərbaycanda müxtəlif tədbirlər keçirəcək

Britaniya səfirliyi "Formula 1" yarışları ilə bağlı Azərbaycanda müxtəlif  tədbirlər keçirəcək
  • Clock-gray 14:08
  • calendar-gray 26 Aprel 2018

Böyük  Britaniyanın Azərbaycandakı səfirliyi "Formula 1" yarışları ilə bağlı Azərbaycanda müxtəlif  tədbirlər keçirtməyi planlaşdırır.

 

APA-nın xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında Böyük  Britaniyanın Azərbaycandakı səfirliyinin energetika, turizm və investisiya departamentinin rəhbəri Stiven Smit bu gün keçirilən mətbuat konfransında  deyib.

 

"Formula 1" yarışlarının beynəlxalq əhəmiyyətindən danışan və Azərbaycanda artıq üçüncü ildir keçirildiyini vurğulayan S.Smit bildirib ki, ilk olaraq aprelin  27-də saat 12:30-da "Fashion Roundtable" (Moda mövzusunda dairəvi masa), saat 14:00-da UK Excellence Seminar, əlavə olaraq VİP Reception/Fashion Show keçiriləcək.

 

O qeyd edib ki,  aprelin 27-də keçiriləcək "Fashion Show"da 3 Azərbaycan və 3 Böyük Britaniya brendi nümayiş ediləcək. Aprelin 30-da isə ikinci moda nümayişi olacaq. 

 

S.Smitin sözlərinə görə, bu tədbir Böyük  Britaniyanın Azərbaycandakı, Azərbaycanın  isə Böyük Britaniyadakı nüfuzunun yüksəlməsinə kömək edəcək.

 

 

 

 

Fərizə Əhmədova

Digər xəbərlər

Arxiv

date