Gürcüstanın mühafizə olunan ərazilərini ziyarət edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanın mühafizə olunan ərazilərini ziyarət edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
# 06 fevral 2018 15:04 (UTC +04:00)

Ötən ay Azərbaycan Gürcüstanın mühafizə olunan ərazilərini ziyarət edən əcnəbilərin sayına görə ilk “beşlik”də yer alıb.

Gürcüstanın Mühafizə olunan əraziləri Agentliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, yanvar ayında ölkənin qorunan ərazilərini 194 Azərbaycan vətəndaşı ziyarət edib.

2017-ci ildə Gürcüstanın qorunan ərazilərinə baş çəkən Azərbaycan vətəndaşlarının sayı 6 353 nəfər təşkil edib. Ötən ay Gürcüstanın mühafizə olunan ərazilərinə ümumilikdə 16 475 nəfər ziyarət edib ki, bu da 2017-ci ilin eyni göstəricisindən 43% çoxdur. Ziyarətçilərin 54%-ni gürcülər, 46%-ni isə əcnəbilər təşkil edib.

Gürcü ziyarətçilərin sayı 17%, əcnəbi ziyarətçilərin sayı isə 94% artıb. Azərbaycan vətəndaşları ilə yanaşı qonşu ölkənin mühafizə olunan ərazilərinə ən çox Rusiya, BƏƏ, Hindistan və Polşadan olan turistlər baş çəkib.

Yanvar ayında Gürcüstanda ən çox ziyarət olunmuş mühafizə olunan ərazilər Tbilisi, Kazbeqi milli parkları, Prometey mağarası, Borjomi-Xaraquli milli parkı və Satapliya qoruğudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR