Azərbaycanın Belçikadakı səfiri etimadnaməsini aprel ayında Belçika kralına təqdim edəcək

Azərbaycanın Belçikadakı səfiri etimadnaməsini aprel ayında Belçika kralına təqdim edəcək
# 22 fevral 2007 15:49 (UTC +04:00)
Azərbaycanın Belçikada və eyni zamanda Lüksemburq, Niderland və Avropa İttifaqında (Aİ) akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Emin Eyyubov vəzifəsini icra etmək üçün artıq Brüsseldədir. Səfir APA-ya verdiyi açıqlamasında bildirib ki, etimadnaməsini aprel ayında təqdim edəcək. Belçika kralı xarici səfirlərin etimadnaməsini ayda bir dəfə qəbul edir. E. Eyyubov etimadnaməsini Aİ-yə martın sonu-aprelin əvvəlində təqdim edəcək. Aİ-nin protokol qaydalarına görə, etimadnamələr Avropa Komissiyasının prezidentinə və Aİ-yə sədrlik edən dövlətin nümayəndəsinə təqdim edilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR