Rumıniyada Azərbaycanın təbliğinə həsr olunmuş tədbir keçirilib

Rumıniyada Azərbaycanın təbliğinə həsr olunmuş tədbir keçirilib
# 13 mart 2007 08:22 (UTC +04:00)
Martın 11-12-də Rumıniyanın şimal hissəsi olan Transilvaniya vilayətinin mərkəzi sayılan Kluj-Napoka şəhərində Azərbaycan icması və rumın ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycanın tanıdılmasına həsr edilmiş tədbir keçirilib. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, Rumıniya Ticarət və Sənaye Palatasının Kluj nümayəndəliyində keçirilən tədbirdə Xocalı soyqırımının 15-ci ildönümü də yad edilib. Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov, İtaliyanın Klujdakı fəxri konsulu Radu Pıslaru, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü Eucen Urikaru çıxış edərək Azərbaycanın yeni tarixindən, baş vermiş faciənin miqyasından, qanlı olayların baiskarlarının tapılıb cəzalandırılmasının vacibliyindən danışıblar. Tədbirdə Heydər Əliyev Fondunun göndərdiyi və Xocalı soyqırımını əks etdirən foto və videomateriallar da nümayiş etdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR