Aİ Azərbaycanın ölüm hökmünü qadağan edən protokolu imzalamasını təqdir edib

Aİ Azərbaycanın ölüm hökmünü qadağan edən protokolu imzalamasını təqdir edib
# 10 mart 2023 19:40 (UTC +04:00)

Avropa İttifaqı Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasının bütün hallarda ölüm hökmünü qadağan edən protokolunu imzalamasını təqdir edib.

APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano bildirib.

Onun sözlərinə görə, artıq Avropa Şurasının 46 üzvünün hamısı bu konvensiyanı imzalayıb.

"Prinsip etibarı ilə Avropa İttifaqı hər zaman və bütün hallarda qəti və birmənalı şəkildə ölüm hökmünün əleyhinədir. Bu, qəddar və qeyri-insani cəzadır, insan ləyaqətinin və bütövlüyünün inkarını təmsil edir və cinayətə qarşı çəkindirici rol oynamır. Bu, eyni zamanda potensial ədalət səhvlərini düzəltməyə imkan verməyən qəti cəzadır.

Azərbaycanın imzası ilə vurğulandığı kimi, dünyada ölüm cəzasının ləğvi tendensiyası mövcuddur və Aİ hələ də onu tətbiq edən bir neçə ölkədə ölüm hökmünün ləğvi üçün fəaliyyətini davam etdirəcək", Peter Stano vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR