Aİ səfiri: Toivo Klaarın məqsədi sülh prosesini daha da irəli aparmaqdır

Aİ səfiri: Toivo Klaarın məqsədi sülh prosesini daha da irəli aparmaqdır
# 09 iyun 2023 17:46 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) məqsədi sülhün bərqərar olduğu, çiçəklənən Cənubi Qafqazdır.

Bunu APA-ya açıqlamasında Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesində Aİ Şurası Prezidenti Şarl Mişelin güclü və intensiv iştirakı müşahidə olunur: “Brüssel prosesi davam edir. Mayın 14-də Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşdü, növbəti görüşün iyulda keçirilməsi planlaşdırılıb. Həmçinin bu yaxınlarda Moldovanın paytaxtı Kişinyovda liderlərin görüşü oldu. Prosesin davam etməsi çox yaxşıdır. Avropa İttifaqı sülhə nail olmaq üçün əlindən gələn köməyi etmək istəyir”.

Diplomat, blokun Gürcüstan böhranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın regiona səfəri ilə bağlı da danışıb: “Qeyd etdiyim kimi, Aİ prosesdə fəal iştirak edir. Aİ-nin xüsusi nümayəndəsi cənab Klaar Bakıya səfər edib. Bu gün biz Lənkərandayıq, o, isə Bakıda görüşlərini davam etdirir. Məqsəd prosesi daha da irəli aparmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR