Bank Of Baku

Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı tədbir keçirilib - FOTO

Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı tədbir keçirilib - FOTO
# 10 dekabr 2022 21:42 (UTC +04:00)

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə London şəhərinin məşhur incəsənət mərkəzlərindən biri BAFTA-da (Britaniya Film və Televiziya İncəsənəti Akademiyası) Heydər Əliyev Fondu və Azərbaycanın Birləşmiş Krallıqdakı Səfirliyinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.

APA xəbər verir ki, tədbir çərçivəsində “Dünya xəzinələri – Azərbaycan” (“Treasures of the World – Azerbaijan”) filminin təqdimatı keçirilmişdir. Film Heydər Əliyev Fondu, BP şirkəti və Bakı Media Mərkəzinin dəstəyi ilə hazırlanıb.

Tədbirdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, eləcə də Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Lordlar Palatasının üzvü Lord David Evans, bir çox ölkələrin Londondakı səfir və diplomatları, Britaniyadakı Azərbaycan icmasının üzvləri və ictimai xadimlər iştirak etmişlər.

Tədbiri açan səfir Elin Süleymanov tədbirin təşkilatçılığı üçün Heydər Əliyev Fondunun rəhbərliyinə xüsusi təşəkkürünü bildirmiş, eləcə də Azərbaycan BP arasında məhsuldar əməkdaşlığı vurğulamış, və bu xüsusda yaşıl enerjiyə keçid istiqamətində atılan addımlardan bəhs etmişdir. O cümlədən, Barones Nikolson və digər parlament üzvlərinə ikitərəfli münasibətlərə töhfələrinə görə təşəkkürünü çatdırmışdır. Həmçinin, Fondun Azərbaycanın xarici ölkələrdə humanitar və mədəni təbliğatına böyük dəstək verməsindən bəhs edilib.

Səfir bu filmin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun dəstəyindən misal çəkərək, digər sahələrdə də Ümummilli lider Heydər Əliyev irsinin bizə doğru istiqamət verməsini bildirib. Bugün ki Azərbaycan, vəfatından 19 il keçən Ulu öndərin arzuladığı qədər güclüdür və günü-gündən daha da dinamik inkişaf etməkdədir. H.Əliyev fəxr edərdi ki, Azərbaycan region üçün nümunəvi dövlətə çevrilib və dünyada bütün Azərbaycanlıların dayağıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR