Azərbaycanda QH Parlamentlər Şəbəkəsinin iclası keçiriləcək

Mustafa Şentop

© APA | Mustafa Şentop

# 20 iyun 2022 18:37 (UTC +04:00)

“Azərbaycanın yeri bizim üçün tam ayrıdır. “Bir millət , iki dövlət” ifadəsi həm də əməldə fəaliyyətlərimizi və əlaqələrimizi formalaşdıran amildir. Məhz bu anlayışla bir ay ərzində Sahibə xanım Qafarova ilə 3 görüş keçirdik.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşü barədə azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, azərbaycanlı həmkarı ilə görüş zamanı həm görülən işlər, həm qarşıdakı fəaliyyət planı, o cümlədən, Azərbaycan-Türkiyə-Pakistan və Azərbaycan-Türkiyə-Gürcüstan parlament sədrlərinin üçtərəfli görüş mexanizmlərini müzakirə edib.

Onun sözlərinə görə, bu görüş, hər zaman olduğu kimi, iki qardaş ölkə münasibətləri baxımından faydalı olub.

Bundan əlavə, Mustafa Şentop iyunun sonunda Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Parlamentlər Şəbəkəsinin iclasına qatılmaq fikrində olduğuna da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR