Azərbaycanın İrandakı səfirliyinə hücumda qətlə yetirilmiş şəxs Rusiyadakı səfirlikdə də çalışıbmış

Azərbaycanın İrandakı səfirliyinə hücumda qətlə yetirilmiş şəxs Rusiyadakı səfirlikdə də çalışıbmış
# 27 yanvar 2023 12:30 (UTC +04:00)

Azərbaycanın İrandakı səfirliyinə edilmiş xain silahlı hücum nəticəsində qətlə yetirilmiş, vaxtilə ölkəmizin Moskvadakı diplomatik missiyasında da çalışmış Orxan Əsgərovun ailəsinə və yaxınlarına, onun xidmət yoldaşlarına səfir Polad Bülbüloğlunun və səfirliyin kollektivi adından dərin hüznlə başsağlığı veririk.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən bildirilib.

"Yaralanan mühafizə əməkdaşlarına Allahdan tez bir zamanda şəfa diləyirik. İnanırıq ki, bu vəhşi hücumu təşkil edən və törədənlər layiqli cəzalarını ən sərt şəkildə alacaqlar! Allah rəhmət eləsin!", - Səfirliyin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR