Bakıda İsrailin müstəqilliyinin 75-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTO

Bakıda İsrailin müstəqilliyinin 75-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTO
# 30 may 2023 20:42 (UTC +04:00)

Bakıda İsrailin müstəqilliyinin 75-ci ildönümü qeyd olunub.

APA xəbər verir ki, mərasimdə Bakıda səfərdə olan İsrail Prezidenti və xanımı, Milli Məclisin sədri, Azərbaycan və İsrail hökumətlərinin yüksək səviyyəli təmsilçiləri, diplomatlar iştirak edib.

Tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Corc Dik qonaqları salamlayıb.

Daha sonra İsrail Prezidenti İshaq Herzoq çıxış edərək iki ölkə arasında münasibətlərin yaxınlığına toxunub.

Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova iki ölkə arasında əlaqlərin tarixi köklərə əsaslandığını, daim yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Tədbirdə İsral müstəqilliyinin 75-ci ildönümü və İsrail-Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyi ilə bağlı İsrail dövlət başçısına xalça hədiyyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR