Baş nazir Monteneqro parlamentinin sədri ilə görüşüb

Baş nazir Əli Əsədov, Monteneqro parlamentinin sədri

© APA | Baş nazir Əli Əsədov, Monteneqro parlamentinin sədri

# 17 yanvar 2022 18:45 (UTC +04:00)

Bu gün Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Həmçinin Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR