Binəli Yıldırım: “Rusiya-Ukrayna müharibəsinin sona çatmasına çalışmalıyıq”

Binəli Yıldırım: “Rusiya-Ukrayna müharibəsinin sona çatmasına çalışmalıyıq”
# 16 iyun 2022 12:03 (UTC +04:00)

“Türk Dövlətləri Təşkilatı 170 milyon insanın yaşadığı ölkələri bir araya gətirib, 4 milyon kvadrat kilometr ərazini əhatə edir”.

APA-nın xəbərinə görə, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində AKP sədrinin müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

“Ölkələr arasında ticarət əlaqələrinə maneələrin aradan qaldırılması, xalqlar arasında əlaqələrin inkişafı üçün çalışırıq”, - deyə o bildirib.

Binəli Yıldırım qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başa çatmalıdır: “Bu müharibə səbəbindən aclıq təhlükəsi var. Ona görə də bu müharibənin sona çatmasına çalışmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR