Çavuşoğlu: Aeroportların sayəsində azad edilmiş ərazilərin dünya ilə əlaqəsi qurulub

Çavuşoğlu: Aeroportların sayəsində azad edilmiş ərazilərin dünya ilə əlaqəsi qurulub
# 31 oktyabr 2022 11:54 (UTC +04:00)

“Aktiv siyasətimiz türk dünyasında da dəyişikliyi başladıb”.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Cənubi Qafqazda Azərbaycana verdikləri dəstəklə 30 ildir davam edən haqsız işğala son qoyulub: “Prezidentlərimizin imzaladığı Şuşa Bəyannaməsi ilə Azərbaycanla əlaqələrimiz müttəfiqliyə yüksəldi. İşğaldan azad edilən torpaqların bərpasını görürük. Hava limanlarının açılması sayəsində bu torpaqların dünya ilə əlaqəsi qurulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR