Çavuşoğlu “Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı qəbul edilən razılaşmanı təqdir edirik” 

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 27 noyabr 2021 15:12 (UTC +04:00)

"İqtisadi Əməkdaşlıq Təşkilatını nəticə yönümlü bir struktura çevirmək üçün daha çox çalışmalıyıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında deyib.

İƏT Ticarət və İnkişaf Bankının dəstəyə ehtiyacı olan digər mühüm qurum olduğunu qeyd edən Çavuşoğlu, bankın institusional və maliyyə imkanlarını artırmasının əhəmiyyətini vurğulayıb və quruma üzv bütün ölkələrin bu banka da üzv olmağa dəvət edib.

M.Çavuşoğlu BMT-nin Sənaye İnkişafı Təşkilatının Qlobal Dayanıqlı Enerji Mərkəzləri Şəbəkəsinin bir hissəsi olaraq Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı əldə olunan razılaşmanı məmuniyyətlə qarşıladıqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR