Türkiyə Türk dünyası ilə də əlaqələrini gücləndirir.
APA “Anadolu”ya istinadən xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir, Səmərqənd Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatının hüquqi əsaslarının gücləndirildiyini diqqətə çatdırıb.
Çavuşoğlu, Şimali Kiprin təşkilata müşahidəçi üzv olduğunu da xatırladıb.