Ceyhun Bayramov: "Ermənistanda baş verənləri izləyirik"

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 10 may 2022 11:16 (UTC +04:00)

“Etiraz aksiyalarını təşkil edənlər, onun başında duranlar Ermənistan cəmiyyəti üçün kifayət qədər məlum şəxslərdir”.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, həmin şəxslər uzun illər ərzində - 30 ilə yaxın erməni xalqına yalan vədlər verən, illüziyalarla yaşayan və bu gün Ermənistanı uçurum vəziyyətinə gətirən şəxslərdirlər.

“Görünən odur ki, bu, hakimiyyət uğrunda olan mübarizənin tərkib hissəsidir. Qarabağ mövzusu ilə yenidən öz aktuallıqlarını gündəmə gətirməklə istəyirlər. Təbii ki, biz bu proseslərə baxırıq, izləyirik. Orada geniş ictimai dəstəkdən söhbət getmir, ən böyük halda onların arxasında gedən insanların sayı 5-6 mindir. Yəni bundan böyük rəqəm yoxdur. Bu da bir daha onu göstəricisidir ki, artıq bu yalan vəd və illüziyalardan Ermənistan cəmiyyəti də yorulub”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR