Ceyhun Bayramov XİN-də aparılan kadr islahatlarından danışıb

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 27 dekabr 2021 12:37 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) kadr islahatlarına böyük önəm verir.

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə işçi qrupu yaradılıb və XİN Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edir.

Nazir XİN-ə işə qəbulla bağlı prosesdən də danışıb: “Bu proses iki mərhələlidir. 23 dekabrdan etibarən sənədlərin qəbuluna başlanıb. Bu, yanvarın 12-dək davam edəcək. Birinci mərhələdə, imtahanda ən yüksək nəticə göstərən 100 nəfər daxili müsahibə komissiyasına dəvət ediləcəklər. Müsahibədən keçənlər ya dərhal təyinat alacaqlar, ya da iki il müddətində işə dəvət alacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR