Dövlət Departamenti: Blinken Mişellə Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsini müzakirə edib

Dövlət Departamenti: Blinken Mişellə Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsini müzakirə edib
# 11 may 2023 10:39 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqı (Aİ) Şurasının Prezdenti Şarl Mişellə telefon danışığında Azərbaycan və Ermənistan arasında dayanıqlı və uzunmüddətli sülhün dəstəklənməsi üçün fürsətləri müzakirə edib.

APA xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamentinin mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər eyni zamanda Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə ABŞ və Aİ-nin dəstəyini bir daha təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR