Eldar Əzizov Tbilisidə Kaxa Kaladze ilə görüşüb - FOTO

Eldar Əzizov Tbilisidə Kaxa Kaladze ilə görüşüb - FOTO
# 30 sentyabr 2022 14:32 (UTC +04:00)

Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov Gürcüstana səfəri çərçivəsində Tbilisi meri Kaxa Kaladze ilə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, görüşdə tərəflər paytaxt şəhərləri arasında əlaqələrin gücləndirilməsi istiqamətində müzakirə aparıblar.

Kaxa Kaladze Eldar Əzizova sabah "Tbilisoba" bayramında iştirak edəcəyi üçün təşəkkür edib. O, həm ölkələr, həm də xalqlar arasında isti münasibətlərin olduğunu vurğulayıb.

Eldar Əzizov Kaxa Kaladzeni şəhər bayramı münasibətilə təbrik edib. Vurğulayıb ki, Bakı və Tbilisi arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR