Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib

Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib
# 01 avqust 2022 20:59 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, Baş nazir Ə.Əsədov İranda baş vermiş təbii fəlakət nəticəsində böyük insan tələfatı və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirib, faciə ilə əlaqədar M.Moxberə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR