Ərdoğan: Azərbaycanda Türkiyə üçün toplanan yardımların hamısından xəbərim var, qardaşlarımız bizi tək qoymadı

Ərdoğan: Azərbaycanda Türkiyə üçün toplanan yardımların hamısından xəbərim var, qardaşlarımız bizi tək qoymadı
# 09 fevral 2023 14:19 (UTC +04:00)

Bakıda və Azərbaycanın digər bölgələrində Türkiyədə zəlzələdən zərərçəkənlər üçün toplanan yardımların hamısından xəbərim var.

APA-nın əməkdaşı Tural Əsədi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

“İlham qardaşıma, Mehriban xanıma öz adımdan, millətim adından çox-çox təşəkkür edirəm.

Biz Qarabağda azərbaycanlı qardaşlarımızla necə bərabər idiksə, azərbaycanlı bacı-qardaşlarımız da bu çətin günümüzdə bizimlə bərabərdir. Onlar bizi bu çətin günümüzdə tək qoymadılar. Ailəm adından, bütün millətim adından Azərbaycan dövlətinə, xalqına minnətdarlıqlarımızı bildiririk. Biz bu gün də bərabərik, ölənə qədər də bərabər olacağıq, İnşallah. Bizim şüarımız “Bir millət, iki dövlət”dir. Elə bu şüarla da yorulmadan yolumuza davam edəcəyik”, - Ərdoğan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR