Ermənistan Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır

Ermənistan Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırır
# 18 avqust 2022 15:42 (UTC +04:00)

Ermənistan hökumətinin hüquqi aktlar üçün vahid saytında Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açılması barədə layihə yerləşdirilib.

APA “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, layihə Azərbaycan-Ermənistan dövlət sərhədində 3 nəzarət-buraxılış məntəqəsinin açılmasını nəzərdə tutur.

Bunlar Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR