Gürcüstanın Baş nazirinin sabiq müavini: “Qonşusunu işğal edən ölkə cəzasız qalmamalıdır”

Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili 

© APA | Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili 

# 15 iyun 2022 17:33 (UTC +04:00)

“Öz qonşusunu işğal edən ölkə cəzasız qalmamalıdır”.

APA xəbər verir ki, bunu bu gün IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili bildirib.

O deyib ki, bizim region uzun müddət münaqişələrdən, işğaldan əziyyət çəkib:

“Mənim ölkəm və Azərbaycan münaqişə ilə üzləşib. Ukraynada gedən müharibə qlobal düzəni müəyyənləşdirəcək. Ukrayna qalib gələcəyi halda bu düzən ədalətli olacaq və bunun üçün biz Ukraynaya dəstək verməliyik. Nümayiş etdirməliyik ki, qonşusunu işğal etmək qəbulolunmazdır və bunun işğalçı üçün nəticələri olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR