Gürcüstanın sabiq Prezidenti: “Minsk formatı artıq əhəmiyyətini itirib”  - VİDEO

Georgi Marqvelaşvili

© APA | Georgi Marqvelaşvili

Foto al #
# 16 iyun 2022 13:46 (UTC +04:00)

Rusiya və Ukrayna arasında gedən müharibə bütün regionumuza təsir edir. Və düşünürəm ki, Bakı Qlobal Forumunun proqramı çərçivəsində qoyulan suallara cavab tapmağımız həm Azərbaycan, həm də Gürcüstan, ümumiyyətlə bütün Avropa üçün əhəmiyyətlidir.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın keçmiş prezidenti Georgi Marqvelaşvili deyib.

“Bakı Qlobal Forumu mənim üçün xüsusi bir platformadır, burada fərqli ölkələrin liderləri arasında çox açıq şəkildə müzakirələr və fikir mübadiləsi olur. Bu forum hər iştirakım zamanı mənə fərqli perspektivdən cavablar verir”, - o bildirib.

Prezident İlham Əliyevin Bakı Qlobal Forumunda çıxışını şərh edən Georgi Marqvelaşvili vurğulayıb ki, Azərbaycan dövlət başçısını sülh məsələsi ətrafında danışdıqları çox maraqlı idi: “Bu məsələ Qafqaz regionu üçün xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, biz hərbi münaqişələrin bir çox mərhələlərindən keçmişik. Prezidentin dediyini, Gürcüstanın sülh proseslərinə daha aktiv şəkildə cəlb edilməsini, Tbilisi formatının yaradılmasını qeyd etmək istərdim. Fikrimcə, Minsk formatı, təbii ki, artıq əhəmiyyətini itirib. Məncə, sual ondan ibarətdir ki, bu illər ərzində biz “Tbilisi formatı”nı niyə istifadə edə bilməmişik? Çünki Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar, digər tərəfdən isə Ermənistanla da yaxşı münasibətlərimiz var. Bütün bunları nəzərə alaraq demək olar ki, “Tbilisi formatı” qarmışımızda dayanan konkret suallara fokuslanmış neytral, lokal, həm də Qafqazının özünün formatı olardı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR