Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin görüşü keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin görüşü keçiriləcək
# 15 iyul 2019 12:50 (UTC +04:00)

Gürcüstan parlamentinin deputatları Azərbaycana səfər edəcəklər.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Parlamentin xarici əlaqələr komitəsinin sədri Sopie Katsarava məlumat verib.

O bildirib ki, Gürcüstan parlamentinin nümayəndələri iyulun 15-16-da Bakıda səfərdə olacaqlar.

Səfər çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə üçtərəfli əlaqələrlə bağlı vacib müzakirələr aparılacaq.

Bundan başqa, Gürcüstan parlamentinin nümayəndələrinin Milli Məclisin sədri Oqtay Əsədov və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılır. Görüşlərdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq əlaqələrinin müzakirə ediləcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycana səfər edəcək Gürcüstan nümayəndə heyətinin tərkibində Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramaz Nikolaişvili və Zviad Dziqziquri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR