İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzi İrandakı terror aktını pisləyib

İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzi İrandakı terror aktını pisləyib
# 27 yanvar 2023 20:28 (UTC +04:00)

İslam Əməkdaşlıq Gənclər Forumunun (İƏGF) Avrasiya üzrə Regional Mərkəzi İrandakı terror aktını pisləyib.

APA xəbər verir ki, bu barədə İƏGF Avrasiya üzrə Regional Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

27.01.2023 Bu gün İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) İdarə Heyətinin (İH) iclasına qatılan İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF ARM-nin) icraçı direktoru Vüsal Qurbanov İH heyəti üzvlərinə Azərbaycanın İranda yerləşən səfirliyində baş vermiş terror hadisəsi haqqında məlumat verib. V.Qurbanov öz çıxışında təmsil etdiyi Mərkəz adından İƏT ailəsinin fəal üzvü olan Azərbaycan xalqına və terror zamanı şəhid olan səfirlik əməkdaşının yaxınlarına baş sağlığı verib, eyni zamanda İƏT üzv-ölkələrində ölüm faciələri ilə nəticələnən bu tipli hadisələrin baş verməsindən ciddi narahatlığını və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini bildirib.

İƏT məkanında əsas məqsədin müsəlman ölkələri arasında etimad, dostluq və həmrəylik şəraiti yaratmağın, eləcə də

gərginliyin aradan qaldırılmasının vacibliyini qeyd edən V.Qurbanov qısa zamanda İran hökumət qurumları tərəfindən bu terror aktının təşkilatçı və sifarişçilərinin tapılmasına və məsuliyyətə cəlb olunacağına ümid etdiyini bildirib.

İƏGF İdarə Heyətinin üzvləri Azərbaycan hökumətinə və xalqına baş sağlığı verərək, yaralıların tezliklə sağalması üçün dualar ediblər, o cümlədən səfirliyə qarşı hücumu pisləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR