Karen Donfrid: “Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq ABŞ-ın milli təhlükəsizlik prioritetlərindəndir”

Karen Donfrid: “Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq ABŞ-ın milli təhlükəsizlik prioritetlərindəndir”
# 16 noyabr 2022 20:36 (UTC +04:00)

Azərbaycanla ikitərəfli əlaqələrin təhlükəsizlik, iqtisadi böyümə, demokratiya və insan haqları kimi prioritet istiqamətlərinin inkişaf etdirilməsinə sadiqik.

APA-nın xəbərinə görə, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Senatın xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı belə deyib.

O, bildirib ki, Azərbaycan 11 Sentyabr hadisəsinə erkən reaksiya verərək ABŞ-ın Əfqanıstandakı əməliyyatlarına maliyyə və hərbi qüvvə dəstəyi göstərib:

“Azərbaycan maliyyə və qoşun dəstəyi ilə erkən addım atdı. 2021-ci ildə geri çəkilənədək, son günədək Əfqanıstanda Kabil Beynəlxalq Hava Limanının mühafizəsinə yardım etdi. Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq bizim milli təhlükəsizlik prioritetlərimizdəndir”.

O əlavə edib ki, Azərbaycanla bu sahədə əməkdaşlıq Xəzərin enerji infrastrukturunun təhlükəsizliyini gücləndirir.

“Biz Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə artan dəstəyini alqışlayırıq”, - deyə Donfrid qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR