Mirzoyan və Nuland Azərbaycanla sülh müqaviləsini müzakirə edib

Nuland, Mirzoyan

© APA | Nuland, Mirzoyan

# 03 may 2022 12:43 (UTC +04:00)

ABŞ-da səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla görüşüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Mirzoyan və Nuland regional təhlükəsizlik və stabillik məsələləri barədə fikir mübadiləsi aparıblar.

Tərəflər Soçi və Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmaların icrasını, eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlara başlamaq prosesini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR