Moldovalı deputat: Laçın yolu ilə bağlı Azərbaycanın haqlı narahatlıqları var

Moldovalı deputat: Laçın yolu ilə bağlı Azərbaycanın haqlı narahatlıqları var
# 26 yanvar 2023 23:26 (UTC +04:00)

Laçın yolundan sui-istifadənin qarşısının alınmasına gəlincə, Azərbaycanın haqlı etirazları və narahatlıqları var.

APA-nın London müxbiri xəbər verir ki, bunu moldovalı deputat Mixail Popsoy AŞPA-nın qış sessiyasında Laçın yolundakı vəziyyətə dair müzakirələr zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan hökuməti bir ildən artıqdır ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə qanunsuz fəaliyyətin qarşısının alınması üçün müraciətlər edir.

Deputatın sözlərinə görə, Azərbaycanın suverenliyinə və ərazisi bütovlüyünə hörmət edən həll yollarının tapılması vacibdir. Mixail Popsoy qeyd edib ki, hər iki tərəfin imzaladığı üçtərəfli bəyanat sülh yolu ilə həll tapılarkən nəzərə alınmalıdır.

Deputat sonda AŞPA-nın vəziyyətin sülh yolu ilə həllini tapmağa və asanlaşdırmağa kömək edə biləcəyinə ümidini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR