Moskvada II Xəzər İqtisadi Forumu keçirilir

Moskvada II Xəzər İqtisadi Forumu keçirilir
# 06 oktyabr 2022 11:04 (UTC +04:00)

Moskvada II Xəzər İqtisadi Forumu keçirilir.

APA-nın Moskva müxbiri xəbər verir ki, forumda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir.

Forum zamanı Xəzər regionunda ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığın əsas məsələlərinə baxılacaq.

Əsas diqqətin nəqliyyat infrastrukturu, enerji, ətraf mühitin mühafizəsi, eləcə də regionlararası əməkdaşlığın və mədəni-humanitar əlaqələrin inkişafına dair birgə layihələrə yönəldilməsi planlaşdırılır.

Forum çərçivəsində Azərbaycanın Baş naziri Xəzəryanı ölkələrin bir sıra hökumət başçıları ilə görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR