Nazir: “Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını tam dəstəkləyir”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 27 dekabr 2021 12:16 (UTC +04:00)

"Prezident İlham Əliyev də bəyan edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının, sülh müqaviləsinin bağlanmasının tərəfdarıdır”.

APA-nın xəbərinə görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

C. Bayramov deyib ki, Azərbaycan qardaş Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasını tam dəstəkləyir: “Biz Türkiyənin bütün səviyyələrdə verdiyi mesajı yüksək qiymətləndiririk. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bu sahədə prosesin Azərbaycanla koordinasiya edildiyini qeyd edir. Biz dövlətlərarası münasibətlərin normallaşmasından danışırıqsa, münasibətlərin normallaşmasının bir fundamenti olmalıdır. Bu da beynəlxalq hüququn norma və prinsipləridir. Biz beynəlxalq hüququn norma və prinsipləri əsasında dövlətlərlə münasibətləri inkişaf etdirik. Bu sahədə istisna Ermənistan olub. Biz də Ermənistana beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasını təklif edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR