Paşinyan Şarl Mişellə sərhəddəki vəziyyəti müzakirə edib

Nikol Paşinyan, Şarl Mişel

© APA | Nikol Paşinyan, Şarl Mişel

# 17 sentyabr 2022 13:24 (UTC +04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı baş tutub.

APA "armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.

Tərəflər Azərbaycan - Ermənistan sərhədindəki son vəziyyəti müzakirə ediblər.

"Aİ Şurasının Prezidenti Azərbaycan və Ermənistan arasında dialoq və sülhü təşviq etməyə hazır olduğunu bir daha bəyan edib".
Ermənistan Baş nazirinin ofisi bildirib ki, rəsmilər vəziyyətin nizamlanması ilə bağlı müxtəlif məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR