Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
  • Clock-gray 14:53
  • calendar-gray 21 Sentyabr 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə təbrik ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və firavanlıq diləyirəm".

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date