Qazaxıstan XİN: Azərbaycanın Londondakı səfirliyinə hücum yolverilməzdir

Qazaxıstan XİN: Azərbaycanın Londondakı səfirliyinə hücum yolverilməzdir
# 05 avqust 2022 23:37 (UTC +04:00)

Qazaxıstan Xarici İşlər Nazirliyi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu pisləyib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bu il avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılığı yolverilməz hesab edirik.

Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər ümumbəşəri qınaq obyektidir. Bu, hadisə təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edir.

Biz Azərbaycan xalqının dözümlülüyünə əminik və çətin vəziyyətlərdə qardaş dövlətə hər cür dəstəyi verməyə hazır olduğumuzu bildiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR