Rezident əlaqələndirici: BMT minatəmizləmə işlərində Azərbaycana dəstəyini davam etdirəcək

Rezident əlaqələndirici: BMT minatəmizləmə işlərində Azərbaycana dəstəyini davam etdirəcək
# 16 mart 2023 14:41 (UTC +04:00)

BMT minatəmizləmə işlərində Azərbaycana dəstəyini davam etdirəcək.

APA xəbər verir ki, bunu BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində keçirilən dəyirmi masada BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreyeva deyib.

“Mən çox təəssüflənirəm ki, biz bugünkü iclasda məsələlərin müzakirəsi zamanı Ağdamda növbəti dəfə minaların insan həyatına son qoyması xəbərini aldıq, mina partlayışı nəticəsində 2 nəfər dünyasını dəyişib. Biz BMT ailəsi olaraq bundan sonra da Azərbaycana mina təmizləmə işlərində dəstəyinizi davam etdirəcəyik”, - rezident əlaqələndirici qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR