Şarl Mişel beştərəfli görüşdə müzakirə edilən məsələləri açıqlayıb

Şarl Mişel beştərəfli görüşdə müzakirə edilən məsələləri açıqlayıb
# 01 iyun 2023 20:11 (UTC +04:00)

Prezident İlham Əliyev, Baş nazir Nikol Paşinyan, Fransa Prezidenti Makron və Almaniya Kansleri Olaf Şoltsla çox yaxşı görüş oldu.

APA xəbər verir ki, bunu görüşdən sonra mətbuata açıqlamasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.

“Bizim mayda Brüsseldə toxunduğumuz bütün mövzuları müzakirə etmək imkanımız oldu. Bizim əlaqələr, təhlükəsizlik, sərhədlərin delimitasiyası və sülh sazişini müzakirə etmək imkanımız oldu. Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüş üçün çox yaxşı hazırlıq oldu. Bu, o deməkdir ki, biz çox çalışırıq və biz əlaqələrin normallaşması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik. Eyni zamanda, bu da bəyan edildi ki, Prezident Əliyev və Baş nazir Paşinyanı, Kansler Şolts və Prezident Makronu İspaniyada keçiriləcək növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində bir daha dəvət etmək niyətindəyik. Bu, o deməkdir ki, biz əlaqələrin normallaşması istiqamətində yardım etmək, daha çox tərəqqi əldə etmək məqsədilə Aİ tərəfindən hər şeyi edəcəyik”, - Mişel bəyan edib.

Səid Babazadə

Ramiz Mikayıloğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR